Əlvan arzular qanadında
Sumqayıt şəhər Mərkəzi
uşaq kitabxanasında
1 İyun - Beynəlxalq
Uşaqları Müdafiə
Günü münasibətilə
“Əlvan arzular qanadında” adlı səhərcik keçirildi.
Tədbirdə bu əlamətdar
günün tarixindən
söz açıldı,
1950-ci ildən dünyanın
bir çox ölkələrində qeyd
olunan bayramın əhəmiyyətindən danışıldı.
Çıxışlardan sonra tədbir
“Təfəkkür” liseyinin
III C sinif şagirdlərinin
ifasında “Şən
uşaqlar” mahnısı
ilə davam etdi. Uşaqların hazırladıqları səhnəciklər bayram
proqramını rəngarəng
etdi. “Sehrli
xalat” tamaşası uşaqların məhz bu gün üçün
hazırladıqları xüsusi
səhnəciklərdən biri idi. Gözəl obrazlar yaradan balacalar bir anlıq
sanki nağıl qəhrəmanlarına çevrildilər.
Üçüncülər tamaşanın sonunda
“Göyərçin” mahnısını
ifa etdilər. Sonra uşaqlar Vətənə,
anaya, sülhə aid şeirlər söylədilər,
Sənəm Məhərrəmlinin,
Rəbiyyə Sadıqzadənin
skripkada, Əli Quliyevin sazda, Nigar Həsənlinin fortepianoda ifaları tədbirə bir başqa gözəllik qatdı.
Üçüncülərin sinif rəhbəri
Mehriban Rəhimova çıxış edərək
bildirdi ki, harada uşaq varsa, orada səmimiyyət,
sevinc, ümid böyük olur. Uşaq Psixologiya Mərkəzinin psixoloqu Namilə Əliyeva da bayram münasibətilə
uşaqları təbrik
etdi, onlara ən xoş arzularını çatdırdı.
Nailə
Tağıyeva
Mədəniyyət.- 2013.- 5 iyun.-
S. 15.